ViP və ALP sədrləri çexiya səfirinə bazsağlığı veriblər

img

21-12-2011 [02:04]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Çexiya Respublikasının keçmiş prezidenti Vaslav Havelin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Radek Matula ilə görüşüblər. VİP-in mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, onlar böyük demokrat V. Havelin vəfatından kədərləndiklərini bildirib, VİP və ALP adından çex xalqına başsağlığı veriblər. VİP və ALP sədrləri V.Havelin öz şəxsində prinsipial demokrat nümunəsi yaratdığını vurğulayaraq, onun ölümünü mütərəqqi dünya üçün böyük itki adlandırıblar. Partiya sədrləri böyük demokrat V.Havelin proqressiv ideallarının hər zaman yaşayacağına inamlarını da ifadə ediblər. Ə.Əliyev və Ə.Temirxan daha sonra səfirlikdə açılmış başsağlığı kitabına V.Havelin vəfatı ilə bağlı qeydlərini yazıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA