Milli Məclisə dəstək adlı tvinninq layihəsi baza çatdı

img

20-12-2011 [02:23]


Parlamentdə ?Azərbaycan Respublikasının Milli Məclisinə dəstək? adlı tvinninq layihəsinin yekunlarına həsr edilən tədbir keçirilib. Gün.Az xəbər verir ki, Milli Məclis aparatının və tvinninq layihəsinin rəhbəri Səfa Mirzəyev layihənin yekunları ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib ki, Avropa İttifaqı və Avropa Komissiyası tərəfindən təşkil edilən layihənin icrası 2 il 3 ay çəkib. O xatırladıb ki, 2009-cu ilin sentyabrında Avropa Komissiyası bu barədə tender elan etmişdi bə qalib kimi Litva parlamenti elan olunmuşdu. ?Həmin müddətdən bu yana tvinninq layihəsi ilə bağlı iki ölkənin parlamentləri arasında çox işgüzar münasibətlər, əməkdaşlıq əlaqələri yarandı. Litva parlamenti və parlamentariləri də həm mental baxımdan bizə yaxındırlar, həm də aramızda dil baryeri yox idi. Biz bir yerdə işgüzar şəraitdə layihəni həyata keçirdik?. S.Mirzəyev vurğulayıb ki, layihədə göstərilən bütün komponentlər üzrə işlər müvəffəqiyyətlə başa çatdırlırılıb. ?Ümumiyyətlə Aİ və Avropa Komissiyası tərəfindən bu tipli layihələr bir çox ölkələrdə keçirilir. Sevindirici haldır ki bu tipli 280 layihə arasında tvinninq layihəsi müvəffəqiyyətlə icra olunduğuna görə 3-cü yeri tutur. Demokratiyanın inkişafına töhvəsinə görə isə bu layihə birinci hesab olunur?. S.Mirzəyev qeyd edib ki, bu layihə çərçivəsindən böyük nailiyyətlər var. ?Onlardan ən əsası Azərbaycan qanunverciliyinin Aİ qanunvericiliynə yaxınlaşmasıdır. Bununla bağlı 3 pilot layihə həyata keçirilir ? ?Normativ ? hüquqi aktlar haqqında?, ?Tikinti və Şəhərsalma Məcəlləsi?, üçüncü isə Rəqabət Məcəlləsidir. Artıq qeyd etmək istərdim ki, ?Normativ-hüquqi aktlar haqqında? Konstitusiya qanunu Milli Məclis tərəfindən qəbul olunub və qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi bu günlərdə komitə iclaslarında müzakirədən sonra birinci oxunuşa tövsiyyə olunub. Rəqabət Məcəlləsi isə 3-cü oxunuşa təqdim olunma ərəfəsindədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA