Lalə Şövkət bəyanat verdi

img

18-12-2011 [11:51]


ALP lideri, professor Lalə Şövkət bəyanat verib. Bəyanatda deyilir: ?Fransanın Xalq Hərəkatı Uğrunda Birliyi (Union pour un Mouvement Populaire) partiyası tərəfindən qondarma "erməni soyqırımının" tanınması və bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun layihəsi Fransa parlamentinə təqdim olunuşdur. Bu məsələnin Fransada məhz indi, prezident seçkilərinin qızğın çağında gündəmə gətirilməsi göstərir ki, qondarma "soyqırım" bir tarixi hadisə kimi yox, yalnız daxili siyasi mübarizədə populist vasitə kimi istifadə olunmaqdadır. Azərbaycan Liberal Partiyası qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndirir və əmindir ki, bu təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır. Bu məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransaya Azərbaycan ictimai rəyində inamını kəskin şəkildə sarsıdaraq, hətta Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələni gündəmə gətirə bilər. ALP Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verərək, dövlətlərarası əlaqələrimizin gücləndirməsinə müsbət yanaşaraq, Fransa rəhbərliyini, parlamentini ölkələrimizin dost münasibətinə zərbə vura biləcək uydurma "erməni soyqırımı"nı parlamentin gündəmindən dərhal çıxarmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA