?Təbii maraqlı dərs. Azərbaycan istiqaməti? layihəsi həyata keçirilir

img

29-11-2011 [10:54]


5; şəhərində ?Fundacja Partners Polska? (Polşa), ?Demokratik İnkişaf Platforması? (Azərbaycan) təşkilatlarının birgə icra etdikləri ?Təbii maraqlı dərs. Azərbaycan istiqaməti? layihəsi həyata keçirilir. Layihənin Azərbaycan üzrə koordinatoru Əli Quliyevdir. Layihə Regionda Yenidəntəhsil ? (RİTA) Polşa- Amerika azadlıq Fondunun proqramları çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi fizika, kimya, biologiya dərslərinə və tədqiqat işlərinə şagird marağının artırılmasına aid innovativ Avropa metodologiyasının Azərbaycan ümumtəhsil məktəblərinə gətirilməsindən ibarətdir. Bu məqsədi reallaşdırmaq üçün fizika, kimya və biologiya müəllimlərinin həmin metodologiya əsasında hazırlıq səviyyələrinin artırılması işinin təşkili nəzərdə tutulur. İlkin addım olaraq, Azərbaycan ümumtəhsil məktəblərininin fizika, kimya və biologiya müəllimləri arasından seçilmiş şəxslərin (12 nəfər) nəzərdə tutulan metodologiya əsasında təlimçi-mütəxəssis kimi hazırlanması istiqamətində təlimlər həyata keçirilir ki, həmin təlimçi-mütəxəssislər gələcəkdə digər müəllimlərin hazırlanması işini həyata keçirəcəklər. Təlimlər ?Fundacja Partners Polska? təşkilatının əməkdaşı Magdalena Przeor, ?Təbii maraqlı dərs? proqramı çərçivəsində Gürcüstan layihəsinin rəhbəri Vladimir Girin, Polşa Respublikası ?Kopernik? Elm Mərkəzinin mütəxəssisləri Pawel Wojcik və Blazej Dawidson tərəfindən aparılır. Mənimsənilməsi nəzərdə tutulan metodologiyanın tətbiqi sayəsində Azərbaycanın ən kasıb (heç bir labaratoriya şəraiti olmayan) məktəblərində belə, fizika, kimya və biologiya fənləri üzrə elmi təcrübə işləri yüksək səviyyədə həyata keçirilə biləcək. Eyni zamanda dərs məşğələlərinin daha maraqlı qurulması, dərs məşğələlərinə və elmi-tədqiqat işlərinə şagird marağının artırılması təmin edilə biləcək. 2011-ci ilin dekabr ayında ?Təbii maraqlı dərslərin təşkilinə aid metodoloji vəsait? və 2012-ci ilin yanvar-fevral aylarında ?Təbii maraqlı dərs? proqramı daxilində Azərbaycan dilində hazırlanmış internet səhifəsi (www.lesson.org) təhsil işçilərinin istifadəsinə veriləcək. Təlimçi-mütəxəssis hazırlığının ilk mərhələsi başa çatdıqdan sonra müdavimlərə ?Kopernik? Elm Mərkəzi, ?Partners? təşkilatı və ?Demokratik İnkişaf Platforması? İB tərəfindən SERTİFİKAT təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR