KiVDF icra hakimiyyəti ilə birgə yeni jurnalist müsabiqəsi elan etdi

img

28-11-2011 [05:44]


Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazılarının birgə müsabiqəsini elan edib. KİVDF-dən verilən məlumata görə, müsabiqənin məqsədi Nərimanov rayonunda sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu ?Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər?dir. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər 1. Yazı Fond tərəfindən elan edilmiş mövzuya uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır). 2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. 3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı?ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 4. Yazıda "Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün? qeydi göstərilməlidir. 5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), 6. A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) 7. Elektron (Times New Roman şriftində - 12, CD diskdə) variantları təqdim olunmalıdır. 7. Yazılar A3 formatda 1 səhifə (9-11 min işarə) olmalıdır. Yazılar 29 noyabr 2011-ci il tarixdən 24 dekabr 2011-ci il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır. Qaliblərin adları dekabrın 31-dək elan olunacaq. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması Müsabiqədə I-ci yer üçün bir, II-ci yer üçün iki, III-ci yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək. I yer - 1 000 manat II yer - 800 manat III yer - 600 manat Həvəsləndirici mükafat - 200 manat Qaliblər, həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR