Ekoloji mövzunun KiV-də izıqlandırılması ilə bağlı təlim proqramı hazırlanıb

img

17-11-2011 [05:15]


Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan ?Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması? layihəsi üzrə müzakirələr aparılıb. Şuradan verilən məlumata görə, müzakirələrdə başlıca mövzu jurnalistlər üçün hazırlanmış təlim proqramı olub. Görüşdə Təhsil Nazirliyi, MŞ, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ekspert dəstəyi ilə hazırlanmış proqramın kifayət qədər dolğun olduğu, müasir təhsil və jurnalistika standartları ilə uzlaşdığı vurğulanıb. Eyni zamanda sənədin geniş ictimai müzakirəsinin təşkilinin də zəruri olduğu bildirilib. Bu məqsədlə noyabrın 18-də MŞ-də media ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ?dəyirmi masa?nın təşkili qərara alınıb. Qeyd edək ki, ?Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması? layihəsi bu ilin avqust ayının 1-dən reallaşdırılmaqdadır. Layihə Azərbaycan Mətbuat Şurasının, UNESCO-nun Moskva ofisinin və UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək həyata keçirdiyi ?İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim? layihəsinin bir növ, davamı kimi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR