Mətbuat Şurası daha iki qəzeti ?reket nəzr? elan edə bilər

img

04-11-2011 [11:14]


Noyabrın 4-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər ürzə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə düzənlənən toplantıda yeddi məsələ ilə bağlı müraciətlər araşdırılıb. Öncə ?Yeni axtarış? qəzetindən olan şikayətlərə baxılıb. Komissiya istər Ağdam Rayon Əhalinin Sosial Müdafiəsı Mərkəzi, istərsə də həmin bölgədəki Sukanal İdarəsi barədə bu mətbu nəşrdə gedən yazılarda ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?nın əksər bəndlərinin tələblərinə sayğısız yanaşıldığını müəyyənləşdirib. Rəyə gəlinib ki, qəzetin fəaliyyətində peşə prinsiplərinə zidd məqamlar üstünlük təşkil edir, insanların şərəf və ləyaqətinin, işgüzar nüfuzunun aşağılanmasına yönələn araşdırmamış, qərəzli materiallara geniş yer verilir. Bütün bunlar isə məsələnin Şuranın ?Reket jurnalitika?ya qarşı mübarizə Komissiyasında da araşdırılması zərurətini yaradır. Bu, mətbu orqan barədə dolğun qərarın qəbulunda müstəsna əhəmiyyətə malikdir. Komissiyanın rəyində ?Yeni axtarış?ın baş redaktoru Ələsgər Rüstəmovun müzakirələr zamanı özünü qeyri-səmimi aparması da ifadəsini tapıb. ?Plolit press? qəzeti ilə bağlı məsləyə də ?Reket jurnalitika?ya qarşı mübarizə Komissiyasında baxıldıqdan sonra MŞ-nin yekun qərarı çıxarılacaq. Bu mətbu orqanda da Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı barədə gedən yazılarda reket nəşrlərə xas dəst-xəttin üstünlük təşkil etdiyi qənaətinə gəlinib. İclasda ?7gun.az? xəbər portalının baş redaktoru Cavid Şirəliyev etiraf edib ki, AMİ-nin Qazax filialı və Saatlı Rayon İcra Hakimiyyəti barədə verilən materialların təqdimatından əvvəl heç də dolğun araşdırmalar aparılmayıb. Yazılarda balans prinsipi gözlənilməyib. Hər iki qurum və onların rəhbərlərinin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun təhqirinə yönələn fikirlər qabardılıb. Komissiya xəbər portalının fəaliyyətində dönüş yaradılmasını zəruri hesab edib. Bununla yanaşı ?7gun.az? xəbər portalına Mətbuat Şurasının xəbərdarlığının edilməsi məqsədə müvafiq sayılıb. Cavabdeh tərəfə şikayətçilərdən üzr istənilməsi, təkzib verilməsi, həmçinin narazılıq doğuran materialların saytdan çıxardılması tövsiyə olunub. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin ?Poliqon? İnformasiya Agentliyinin 15 oktyabr 2011-ci il tarixində yayımladığı materialla bağlı müraciətinin müzakirəsi zamanı şikayət doğuran yazıda etik prinsiplərin aşkar şəkildə pozulduğu agentliyin baş redaktoru Azər Qaramanlının nəzərinə çatdırıb. Bildirilib ki, ?Poliqon?da şikayətçi tərəfdən ? ATXƏM-in sədri İlham İsmayılovdan üzr istənilməsi, təkzib verilməsi müsbət haldır. Lakin İA-da son illər onun barəsində vaxtaşırı böhtan xarakterli məlumatların yerləşdirilməsi məsələyə qərəzli baxışların və sifariş icrasının oldğunu göstərməkdədir ki, belə hallar qətiyyətlə aradan qaldırılmalıdır. Qeyd edək ki, ?Unikal? qəzeti əməkdaşının rüşvət tələbetmə ittihamı ilə inzibati orqanlar tərəfindən cinayət məsuliyyətinə cəlb olunması məsələsi də iclasın müzakirə mövzusuna çevrilib. Komissiya üzvləri bu cür halları ümumilikdə medianın nüfuzuna xələl gətirən hərəkətlər kimi səciyyələndiriblər. Bütün bunlar qəzetin baş redaktoru Asəf Rzayevin nəzərinə çatdırılıb. Ondan tələb edilib ki, redaksiyada sağlam mühitin formalaşdırılması üçün köklü tədbirlər həyata keçirsin. Komissiya MŞ Katibliyinə tapşırıb ki, ?Unikal? qəzetinin yeni çıxacaq bir aylıq sayının monitorinqini aparsın və yekunu barədə məlumat təqdim etsin. İclasda qəzetin məsələsinə istintaq yekunlaşandan sonra yenidən qayıdılması məqsədə uyğun sayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR