?Vikiliks? saytının yaradıcısı Culian Assanc isveçə qaytarılacaq

img

02-11-2011 [06:40]


London məhkəməsi ?Vikiliks? saytının yaradıcısı Culian Assancın İsveçə qaytarılması qərarını təsdiqləyib. İngiltərədə apellyasiya şikayətinə baxan məhkəmə İsveç tərəfindən iki qadına təcavüz etməkdə təqsirləndirilən Assancın hələ fevral ayında bu ölkəyə qaytarılmasına qərar vermişdi. Apellyasiya məhkəməsinin bu günkü qərarı isə Assancın İsveçə qaytarılması təsdiqlənib. Culian Assancın məhkəmə prosesini çox sayda media nümayəndəsi də izləyib. Assancın İngiltərədə yüksək məhkəmə sayılan Konstitusiya Məhkəməsinə və ya Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR