"Xural"ın redaksiyası Əvəz Xeynallı ilə bağlı yeni məlumat yaydı

img

01-11-2011 [07:21]


Son iki ildə ?Xural? qəzetində tənqid edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılır. Bu barədə ?Xural? qəzetinin redaksiyası məlumat yayıb. Bildirilib ki, bununla bağlı redaksiyaya etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, idarənin müstəntiqlərinə həmin şəxslərdən Əvəz Zeynallının əleyhinə ifadə almaq barədə göstəriş verilib. Məlumatda həmçinin bildirir ki, hakimiyyət Ə.Zeynallı ilə tanışlıq münasibəti və qohumluğu olan iş adamlarının aşkar edilməsi barədə qərar qəbul edib. İş adamlarına təzyiqlər göstərilərək baş redaktor əleyhinə ifadələr alınması nəzərdə tutulur. ?Xural?ın redaksiyası bəyan edib ki, deputat Gülər Əhmədovanın iddiasının təsdiq edilməyəcəyindən təşvişə düşən siyasi hakimiyyət alternativ vasitələr arayır. Oktyabrın 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıya Nəsimi rayon Məhkəməsində məhkəmə qurulub. Məhkəmənin qərarı ilə Ə.Zeylnallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb. Ə.Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında tutulub. Baş prokurorluq bəyan edib ki, baş redaktor deputat barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR