09-08-2018 [17:23]
Bu həftə sonu-bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammiti tarixi adlandırmaq olar, çünki 25 illik danışıqlardan sonra nəhayət Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlar.
Konvensiya layihəsi artıq mətbuata sızdırılıb və virtualaz.org sənədin məzmununu oxuculara çatdırıb.
Sənəddə ən mühüm məqamlar regiondan kənar dövlətlərin Xəzərdə hərbi iştirakının istisna edilməsi, habelə dənizin dibindən qaz kəmərlərinin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi sektorların aid olduğu ölkələrin razılığının kifayət etməsidir. Hərçənd məlumata görə ekoloji normalara dair ayrıca protokolla kəmərlərin çəkilməsi məsələsi yenə də digər sahilyanı ölkələrdən asılı vəziyyətə salınacaq.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin sammit ərəfəsində "Kommersant”a müsahibə verib və imzalanacaq konvensiyanı şərh edib.
Diplomat bu suala aydınlıq gətirib: nəhayət Xəzər dənizdir, yoxsa göl? Konvensiya bu ziddiyyətə aydınlıq gətirirmi?
"Nə bu, nə digəri. Xəzər dənizinin xüsusi statusu olacaq. Bu, spesifik coğrafi və hidroloji xarakteristika ilə izah edilir. Xəzər qitədaxili su hövzəsidir və Dünya okeanına birbaşa çıxışı yoxdur, ona görə də dəniz kimi nəzərdən keçirilə bilməz”-Karasin bildirib.
Diplomat əlavə edib ki, Xəzər dəniz sayılmasa da ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə göl də hesab edilə bilməz. Ona görə də BMT-nin 1992-ci ildə qəbul etdiyi dəniz hüququna dair Konvensiya, habelə transsərhəd göllərinə dair prinsiplərin Xəzərə tətbiqi mümkün deyil.
Qriqori Karasinin bildirdiyinə görə, Xəzərin hüquqi statusuna dair Konvensiya imkan verəcək ki, Rusiya Hərbi Dəniz Qüvvələri ümumi su məkanında sərbəst hərəkət etsin, üzsün, habelə inkişaf etsin. Bununla belə Konvensiyada gəmilərin sahilyanı zonalarda və intensiv təsərrüfat fəaliyyəti zonalarında təhlükəsiz hərəkət qaydaları da müəyyən olunur.
Xəzərin sektorlara bölgüsü məsələsində isə Karasinə görə tərəflər mövcud ikitərəfli, üçtərəfli razılaşmalardan yararlana bilərlər.
"Xəzəryanı dövlətlər çoxdan bu cür məsələlərin ikitərəfli və üçtərəfli formtada nizamlanması yollarını tapıblar. Mən hesab edirəm ki, indiyə qədər Rusiya, Azərbaycan və Qazaxıstan arasında imzalanan razılaşmalar, habelə Qazaxıstanla Türkmənistan arasında razılaşma dənizin cənub hissəsinin delimitasiyasında da nümunə ola bilər.
Konvensiyada dənizin dibindən istifadə məqsədi ilə bu cür məhdudlaşdırmanın (sektorlara bölmə) məqsədi aydın göstərili və tərəflərin üzərinə öhdəlik qoyulur ki, bölgünü danışıqlar əsasında, beynəlxalq hüququn prinsiplərinə söykənərək aparsınlar. Sahilyanı ölkələr delimitasiyanı başa çatdırdıqdan sonra öz sektorlarının dibində resurslar üzərində tam yuridiksiyaya malik olacaqlar. Lakin hüquqi statusa dair sənəddə su səthi barədə bölgü fərqlidir”-Qriqori Karasin bildirib.
Diplomat bildirib ki, konvensiya Rusiyanın maraqlarını "tam həcmdə” təmin edir. Karasinin sözlərinə görə Xəzər hövzəsində təhlükəsizliyin təmin edilməsi barədə sahilyanı ölkələrin müstəsna hüquqları 2010-cu ildə imzalanmış razılaşmaya əlavə protokollarla müəyyən edilib. Bu razılaşma Xəzər hövzəsində terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə birgə əməkdaşlığı nəzərdə tutur.
Karasin Aktau sammitinin konvensiyanın imzalanmasına baxmayaraq, sonuncu Xəzər sammiti olmayacağını da deyib.
"Gözləyirik ki, konvensiyanın qəbulundan sonra mövcud format daha da möhkəmlənəcək. Daimi fəaliyyət göstərən yeni konsultasiya meydançasının formalaşmasının vaxtı çatıb. Sammitdə kifayət qədər maraqlı ideyalar səslənəcək ona görə də gəlin bazar gününü gözləyək.”-diplomat deyib.
Virtualaz.org
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub