KiV rəhbərləri Prezidentə müraciət etdilər

img

26-10-2011 [05:30]


Bir qrup KİV rəhbəri prezident İlham Əliyevə məktub göndərərək çap məhsullarının yayımında böhran yarandığını vurğulayıb. ?Turan?ın məlumatına görə, məktubda qeyd olunur ki, çap məhsullarının yayım sistemində problemlər ağırlaşıb: ?Belə ki, son vaxtlar Bakı, Gəncə və Sumqayıtda ?abadlaşdırma? adı altında qəzet köşkləri yığışdırılır. Kənd yerlərində vəziyyət daha gərgindir, orada ümumiyyətlə köşk yoxdur. Yerli icra orqanları çap məhsullarının küçə satışı ilə məşğul olanlara ciddi maneə yaradır, supermarketlərdə müstəqil və müxalifət qəzetlərinin satışını qadağan edir?. Redaktorlar prezidentdən xahiş edirlər ki, məsələyə müdaxilə etsin: ?KİV rəhbərləri hakimiyyət nümayəndələri ilə birlikdə KİV-in yayım sahəsinin sağlamlaşdırılması üçün xüsusi siyasət həyata keçirməyə hazırdır?. Son vaxtlar Bakının mərkəzində abadlaşdırma adı altında 20 köşk yığışdırılıb. Onlardan yalnız 5-i quraşdırılıb. Gəncədə 22, Sumqayıtda 12 köşk götürülüb. Nəcəf Nəcəfov Fondunun araşdırmalarına görə, Azərbaycanda 14 min nəfərə bir köşk düşür, halbuki beynəlxalq norma 2 min nəfərə 1 köşkdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR