"ABŞ ehtiyatını bazara çıxarsa, yeni neft şokunun yaşanması qaçılmaz olacaq” - Ekspert

img

17-07-2018 [23:52]


Noyabrda ABŞ-da qeyd olunacaq mid-term öncəsi ("mid-term” ABŞ-da prezidentin səlahiyyət müddətinin tən yarısına deyilir) Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq "qara qızıl”ın qiymətinə təsir etməyə çalışacaq.

Mia.az -ın məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib ki,  bu zaman neft bazarında şok yaşanacaq: 

"Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna edilmir. Dünya bazarında "Texas” markalı neftin bir bareli 68 dollara, "Brent” markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA