"Azərsu"da təltifolunma mərasimi keçirilib

img

19-10-2011 [04:22]


Prezidenti İlham Əliyevin Ceyranbatan Su Kəmərləri İdarəsininin 50 illiyi ilə əlaqədar imzaladığı sərəncamlarla fəxri ad və medal almış ?Azərsu? ASC əməkdaşlarının bu gün təltif olunma mərasimi keçirilib. Tədbirdə ?Azərsu? ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, bu təltiflər ölkə başçısının kollektivin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin təzahürüdür: ?Möhtərəm Prezident İlham Əliyev su təsərrüfatı işçilərini fəxri ad və medallarla layiq görməklə və sentyabrın 8-də yeni ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etməklə kollektivimizə böyük diqqət və dəstək vermiş oldu. Bütün bunlar bizim məsuliyyətimizi artırır. Cənab Prezidentin qarşımızda qoyduğu tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək üçün var gücümüzlə çalışmalı və bizə göstərilən etimadı doğrultmalıyıq?. Sonra ?Ə.Ş.Məmmədova ?Əməkdar Mühəndis? fəxri adı verilməsi? və ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin işçilərinin ?Tərəqqi? medalı ilə təltif edilməsi haqqında? Prezidentin sərəncamları oxunub, Səhmdar Cəmiyyətinin əməkdaşlarına vəsiqə və medallar təqdim edilib. Fəxri ad və medalla təltif olunan ?Azərsu? ASC-nin işçiləri Prezident İlham Əliyevə təşəkkürlərini bildirib və bu etimadı doğrultmaq üçün daha əzmlə çalışacaqlarını söyləyiblər. Qeyd edək ki, Prezidentin sərəncamları ilə ?Azərsu? ASC-nin Sukanal ETLİ-nin direktor müavini Əhməd Məmmədov ?Əməkdar mühəndis? fəxri adı, 5 nəfər əməkdaşı isə ?Tərəqqi? medalı ilə təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR