Bu gün Dövlət Müstəqilliyi Günüdür

img

18-10-2011 [01:18]


18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il avqustun 30-da keçmiş Ali Sovet dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edib. Oktyabrın 8-də Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə gün müzakirələr aparıb. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin bütün deputatları səs verməyib. Cəmi 43 deputat sənədi dəstəkləyib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya bitərəf qalıb, ya da onun əleyhinə səs veriblər. Yaxın tariximizə "İstiqlalçı deputatlar? adı ilə düşən millət vəkilləri aşağıdakı şəxslər olublar 1. İsa Qəmbər 2. Dilarə Əliyeva 3. Füzuli Axundov 4. İxtiyar Şirinov 5. Aydın Məmmədov 6. Əyyam Musayev 7. Vaqif Novruzov 8. Vahid Əhmədov 9. Ramiz Fətəliyev 10. Cümşüd Nuriyev 11. Məmməd Xələfov 12. Etibar Məmmədov 13. Nəriman Həsənzadə 14. Firudin Cəlilov 15. Sabir Rüstəmxanlı 16. Tofiq Bağırov 17. Mürşüd Məmmədli 18. Şadman Hüseynov 19.Faiq Baxşəliyev 20. Mirmahmud Fəttayev 21. Ədalət Rəhimov 22. İsgəndər Həmidov 23. Mətləb Mütəllimov 24. Tahir Əliyev 25. Rəhim Qazıyev 26. Tamerlan Qarayev 27. Eldar Bağırov 28. Tofiq Qasımov 29. Məryəm Həsənova 30. Arif Hacılı 31. Tahir Kərimli 32. İsmayıl Şıxlı 33. Yusif Səmədoğlu 34. Maşallah Abdullayev 35. Hacıbaba Əzimov 36. Bayram Bayramov 37. Hicran Kərimli 38. Heydər Əliyev 39. İbrahim İbrahimli 40. Allahverdi Həsənov 41.Sülhəddin Əkbər 42. Şahmərdan Cəfərov 43. Fərəc Quliyev Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR