?Sahil bağı?nda ?20 il Müstəqillik yollarında? mövzusunda kitab sərgisi keçirilib

img

12-10-2011 [03:43]


Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail rayonundakı ?Sahil bağı?da ?20 il Müstəqillik yollarında? mövzusuna böyük kitab sərgisi keçirilib. Sərgi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən birgə hazırlanmışdır. Bayramsayağı rəngbərəng bayraqlar, güllər, şarlarla bəzədilmiş parkda rayonun Mərkəzləşdirilmiş Kitabxana sisteminə daxil olan kitabxanaların stendləri qurulmuş və burada son illərdə müxtəlif mövzularda çap edilmiş kitablar nümayiş etdirilmişdir. Əlavə olaraq 4 nəşriyyat da öz nəşrlərini oxuculara təqdim etmişlər. Nümayiş etdirilən standlərdə İncəsənət gimnaziyası, Ə.Əzimzadə adına kollecin tələbələrinin, müxtəlif sənətkarların, ?Bəzək? Yaradıcı İnsanlar Birliyinin nümayəndələrinin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Səbail rayon orta və ali məktəblərinin kollektivlərinin, rayondakı musiqi məktəblərinin gənc ifaçılarının, uşaq yaradıcılıq birliklərinin şagirdlərinin, rayon ictimaiyyətinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələrinin, yaradıcı insanların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, gözəl yubiley olan Dövlət Müstəqilliyimizin 20 illiyi münasibəti ilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulamışdır. O, 20 il ərzində ölkəmizdə əldə olunan uğurlar, nailiyyətlər, müstəqilliyin qazanılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolunu qeyd edərək onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən işlər barədə danışmışdır. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirin mahiyyəti, iştirakçıları, təşkili ilə bağlı məlumat vermişdir. Sonra qonaqlar və tədbir iştirakçıları parkı gəzərək yeni kitablar, nümayiş etdirilən əl işləri ilə tanış olmuşlar. Usta Ələkbər Məmmədovun müəllifi olduğu Bakı şəhəri və İçəri şəhərə aid ağacdan hazırlanmış əl işləri, Nahid Vahabovun ağac və balıqqulağından hazırladığı mili musiqi alətləri qonaqların daha çox rəğbətini qazanmışdır. Sərgidə nümayiş etdirilən 8 ustanın əl işlərinin bir hissəsi satışa çıxarılmışdır. Tədbir Səbail rayonu Badamdar qəsəbəsi Mədəniyyət evinin özfəaliyyət kollektivi və tanınmış incəsənət xadimləri, rayon musiqi məktəblərinin şagirdləri çıxışları ilə müşayət olunaraq bütün gün ərzində davam etmiş, parka gələn, burada istirahət edən sakinlərin və şəhərimizin qonaqlarının çox böyük maraq və seçincinə səbəb olmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR