Azərbaycan Beynəlxalq Rodos Gənclər Forumunda təmsil olunur

img

12-10-2011 [03:16]


2011-ci il 10-14 oktyabr tarixlərində Yunanıstanın Rodos adasında Beynəlxalq Rodos Gənclər Forumunun 2-ci sessiyası öz işinə başlayır. Əsas mövzusu ?Gəncliyin gələcək imkanları? olan Forumda 50 ölkəni təmsil edən 150-dən çox fəal gənc iştirak edir. Qeyd edək ki, II Beynəlxalq Rodos Gənclər Forumu ?Sivilizasiyalararası Dialoq? Dünya İctimai Forumunun dəstəyi ilə ?Youth Time? beynəlxalq gənclər hərəkatı tərəfindən təşkil olunub. Ölkəmizi Forumda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimovanın rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti təmsil edir. Forum ərzində R.İbrahimova təhsil sahəsi ilə bağlı məruzə edəcək və bir sıra beynəlxalq gənclər təşkilatlarının rəsmi nümayəndələri ilə görüşələr keçirəcək və onları ATGTİ-nin fəaliyyəti, həyata keçirdiyi layihlər və gələcək planları barədə məlumatlandıracaq. Forumda eyni zamanda gənclərin ictimai prosseslərdə iştirakı, sosial medianın yaranması və inkişafı, dünya ölkələrinin gəncləri arasında birgə layihlərin keçirilməsi mövzuları müzakirə olunacaq. Məlumat üçün onu da bildirək ki, ATGTİ fəalları ?Youth Time? Beynəlxalq gənclər hərəkatının ?Arzularımın təhsili?, ?Kosmos və bəşəriyyət? və s. bu kimi layihlərinin iştirakçılarıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR