Türkel Arazdırma Qurumu təsis edildi

img

06-10-2011 [07:48]


52;nlərdə əslən Güney Azərbaycandan olan ziyalı, araşdırmaçı Ağşın Ağkəmərli, Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, milli mübarizənin ünlü simalarından Abil Ulusoy, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı tərəfindən Türkel Araşdırma Qurumu təsis edilib. Qurumun məqsədi maarifçilik xəttindən ibarətdir. Bu maarifçiliyin əsas yönü milli prizmadan təhlil, araşdırma və yönəltmə işidir. Qurumda Türk dünyasında, eləcə də bütövlükdə dünyada baş verən ictimai-ruhani, ideoloji-siyasi proseslərə Türkçülük meyarı ilə yanaşıb həqiqi qiymət vermək məqsədi güdülür. Habelə Qurum bu gün Azərbaycanın ictimai-siyasi həyatında mövcud olan ideoloji boşluğu doldurmaq istəyindədir. Bu vaxta qədər adı çəkilən şəxslərdən Abil Ulusoy, Ağşın Ağkəmərli, Soylu Atalı maarifçilik məqsədi ilə Azərbaycanın köklü problemlərini milli-mənəvi açıdan təhlil edib, müzakirələr aparıb, müəyyən işlər həyata keçirsələr də Araşdırma Qurumu təsis edildikdən sonra bu iş yeni mərhələyə qədəm qoyacaq. Qurumun ilk müzakirə toplantısı ?Güney Azərbaycanın müstəqilliyinə konseptual baxış? mövzusunda olacaq və bu müzakirə barədə mediaya məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR