Psixologiya izçi qurupu yeni sorğu keçirdi

img

30-09-2011 [03:41]


30 sentyabr 2010-cu il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) daxilində yaranmış Psixologiya işçi qrupu bu gün bir yaşını qeyd edir. Məlumat üçün bildiririk ki, bir illik fəaliyyəti çərçivəsində ATGTİ Psixologiya işçi qrupu müxtəlif təlim və seminarlar reallaşdırmış, ətrafına geniş tələbə kütləsi yığmışdır. Yeni tədris ilindən etibarən, psixologiya kimi geniş elmi əhatə edən işçi qrupumuz filmlərin insanlara psixoloji təsirini, yuxuyozmaları, bədən dilini və s. bu kimi mövzuları araşdıraraq, müxtəlif psixoloji sorğular reallaşdıracaq. Xəbər veririk ki, ATGTİ Psixologiya işçi qrupu yeni fəaliyyət istiqamətlərini müəyyən edib. Belə ki, işçi qrupumuz 250 nəfəri əhatə etmiş ?Psixoloqun işi nədən ibarətdir?? və ?Psixiatrla psixoloqun fərqi varmı? sorğusunun nəticələri təqdim edir. Sorğuda iştirak edən 48% tələbə psixoloqun nə işlə məşğul olduğundan xəbərdar deyil, 46% -i isə psixoloqla psixiatrın fərqini müəyyən edə bilmir. Yalnız 2% tələbə psixoloqun nə işlə məşqul olduğu tam şəkildə cavablandıra bilib. Eyni zamanda respondentlərdən 74%- i psixoloqa müraciət etmək istədiklərini, 8% i isə artıq psixoloqa müraciət edtiklərini vurğulayıblar. Qeyd edək ki, sorğunun nəticələri ATGTİ Psixoloqiya işçi qrupunun gələcək fəaliyyətində nəzərə alınacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR