MTRŞ əhalini yenidən xərcə salacaq

img

27-09-2011 [11:35]


Azərbaycanda analoq yayımdan rəqəmsal yayıma keçidlə bağlı inqilabi dəyişiklik gözlənilir. Bunu ?Milli televiziyanın beynəlxalq standartları? mövzusunda keçirilən beynəlxalq konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib. Nuşirəvan Məhərrəmli deyib ki, həm texniki, həm də keyfiyyət baxımından ciddi dəyişikliklər əldə olunub. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də artıq bu məsələ ilə məşğuldur. Lisenziya sahəsində Avropa təcrübəsi öyrənilib: ?Hesab edirəm ki, noyabrda Azərbaycanda 85-90 faizin rəqəmsal yayıma keçidini həyata keçirə biləcəyik. Bunun üçün respublikada yayımçılar da hazırlıq vəziyyətinə gətirilib?. Nuşirəvan Məhərrəmli əsas problemin isə əhali ilə bağlı olduğunu vurğulayıb. Çünki rəqəmsal keçid üçün əhalinin dekoderlərə ehtiyac var. Bu dekoderlər ?Kur? zavodunda hazırlanır. Lakin 30-40 manata satılan dekoderlərin qiyməti hələ yüksəkdir. Bununla bağlı problemlərin həlli üçün tədbirlər görüləcək. MTRŞ sədri 2012-ci ildə analoq yayımın tam ləğv olunacağını bəyan edib. Bu zaman Avropa, ABŞ və Yaponiya modelindən istifadə olunacaq: ?Amma qanunvericilikdə hansı dəyişikliklərin olacağı hələ dəqiqləşməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA