"Bakı-Xəbər" qəzeti qalib jurnalistlərin adlarını açıqladı

img

20-09-2011 [06:16]


"İslamda yas mərasimləri və əyintilər" mövzusunda "Bakı-Xəbər" qəzetinin keçirdiyi yazı müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib. Müsabiqə həvəskar və peşəkar yazarlar üçün nəzərdə tutularaq 2011-ci il fevralın 20-dən avqustun 20 dək davam edib. 6 aylıq müddətdə müsabiqəyə 61 yazı təqdim edilib. Məqalələr 29 qəzet, jurnal və internet saytlarında dərc edilib. Məqalə müəllifləri arasında tanınmış jurnalistlər, ziyalılar, elm adamları, ictimai xadimlər, tələbələr var. Ekspertlərin rəyləri əsasında bir məqalə birinci, iki məqalə ikinci, üç məqalə üçüncü yerə, yeddi məqalə isə həvəsləndirici mükafata layiq görülüb. Birinci yer - İlham Quliyev, Ölüm Haqqı, "Kaspi" qazeti İkinci yer - Pərvin Abbas, Ölünün yuyulub dəfn olunmasından sonra heç nə qalmır, "Xalq cəbhəsi" İkinci yer - Fariz Vəliyev, Dərdi unutduran dərd, "Mövqe" qəzeti Üçüncü yer - Həşimov Rəsul, Bu nə məshəbdir, dindən içəri, "Bizim yol" qəzeti Üçünçü yer - Aqil Lətifov, Yas, yoxsa firon mərasimləri, "525-ci qəzet" Üçüncü yer - Aynur İbrahimova, Soyğunçu yas biznesinin cinayətləri, "Bakı-Xəbər" qəzeti Həvəsləndirici mükafatlar 1. Ramil Vəlibəyli - Yas mərasimlərinin keçirilməsi ictimai problem kimi, "Yeni Azərbaycan" qəzeti 2. Ədil Ədilzadə - ?Dəbdəbəli yas mərasimləri, izafi xərc? məqaləsi, ?Olaylar? qəzeti. 3. Akif Cabbarov - ?Yas mərasimləri? məqaləsi, ?Ədalət? qəzeti. 4. Seymur Verdizadə - ?Dəbdəbəli yas mərasimləri İslama ziddir? məqaləsi, ?Reytinq? qəzeti. 5. Səidə Cəfərqızı - ?Soyğunçu yas biznesinin tarixi? mqəaləsi, ?Bakı-Xəbər? qəzeti. 6. Yusif Seyid - ?İslamda yas mərasimləri və əyintilər? məqaləsi, ?Parlael? qəzeti. 7. Xalid Niyazov - ?Nəfsimizin kəbəsi, mənəviyyatımızın kərbalası? məqaləsi, ?Bakı-Xəbər? qəzeti. Müsabiqənin qaliblərinin mükafatlarına gəlincə, birinci yerə 1000 manat, ikinci yerə 500 manat, üçüncü yerə isə 300 manat məbləğində mükafat verilib. Həvəsləndirici yerləri tutanların hər birinə 100 manat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR