Rauf Arifoğlu: "?Yeni Müsavat?ın internet saytına haker hücumu var"

img

16-09-2011 [11:55]


?Yeni Müsavat? qəzetinin internet saytı musavat.com ötən gecədən açılmır. Saytın əsas səhifəsi aradabir açılsa da, xəbərləri oxumaq mümkün deyil. ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün Facebook sosial şəbəkəsində musavat.com saytına haker hücumunun olduğunu bəyan edib. Baş redaktor bu məsələdə Müdafiə Nazirliyini ittiham edib. ?Bütün daxili-xarici resursları işə salıblar. 768 İP-dən sayta hücum var?-deyə R.Arifoğlu bildirib. musavat.com portalı hazırda ölkədə ən çox istifadəçisi olan internet resurslarından biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA