?Gənc bloqçular? təlimlərə bazlayır

img

14-09-2011 [02:27]


Xəbər verdiyimiz kimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində yeni ?Gənc bloqçular? işçi qrupu yaradılmışdır. İşçi qrupu artıq bloq sahəsini əhatə edəcək ilk təlimə start verir. Belə ki, 17 sentyabr saat 14:30-da ATGTİ-nin qərargahında (28 May küçəsi 9/13) işçi qrupu bloggerlərin xüsusi şəbəkəsinin yaradılması məqəsdi ilə ?Bloq nədir??, ?Bloqda nədən yazmaq lazımdır??, ?Bloqun PR işlərinin aparılması?, ?Wordpressdə bloq yaratmaq üçün ilkin biliklər? və s. bu kimi mövzuları əhatə edəcək təlim kursu reallaşdıracaq. Təlim kursu nəzəri və praktiki hissədən ibarət olacaq. Təlimdə bloq və bloggerlik mövzusu ilə maraqlanan hər bir tələbə iştirak edə bilər. Qeyd edək ki, Gənc boqçulər işçi qrupunun məqsədi internet məkanında baş verən yenilikləri, xəbər və hadisələri, maraqlı faktları bir araya toplayaraq, Azərbaycanda gənclər arasında bloqçuluğun (bloggerliyin) - yeni media, sosial media və vəntəndaş jurnalistikasının düzgün inkişafına kömək göstərməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR