Sumqayıt zəhərində 3 günlük podkast təlimi keçiriləcək

img

10-09-2011 [04:16]


16-17-18 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi ilə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası tərəfindən həyata keçirilən ?Səsin Gəlsin!? podkastinq layihəsi çərçivəsində Sumqayıt şəhərində 3 günlük podkast təlimi keçiriləcək. Təlimin məqsədi gənclər arasında podkasta olan marağı artırmaq, sosial media və podkastinq haqqında məlumat verməkdir. Təlim NETİZEN İctima Birliyinin təlimçiləri Xanım Cavadova və Xəyalə Məmmədova tərəfindən aparılacaq. Təlimdə jurnalistika fakultəsinin tələbələri, jurnalistlər, bloqçular və audio bloqçuluqla məşğul olmaq istəyən gənclər iştirak edə bilərlər. Peşəkar təlimçilər iştirakçılara nəzəri biliklərlə yanaşı praktik məşğələlər keçiriləcək. Təlim qeyri-formal (interaktiv, mini mühazirə, qrup işi və s.) təlim metoduna əsasən gündəliyə uyğun olaraq podkastın hazırlanma texnikası, podkastin hazırlanma texnikası (səsin yazılması, montajı və s.), podkastin formaları (aktual, xəbər, monoloq, dialoq, seriya), vox-pop - yazılması, uyğunlaşdırılma və yayımlama qaydaları, podkasti promo qaydaları, audio bloqçuluq üçün gərəkli biliklər veriləcək. Təlimdə iştirak etmək istəyən hər bir gənclər online ərizə formasını sentyabr ayının 12-nə qədər doldurub göndərməlidirlər. Təlimdə yalnız seçilmiş iştirakçılar iştirak edə bilərlər. Onu da qeyd edək ki, 5 ay davam edəcək layihənin əsas məqsədi Azərbaycanda podkast mədəniyyətini formalaşdırmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR