?Sumqayıt Gənclərinin Vətəndaz Cəmiyyətinin inkizafına Dəstək? ictimai birliyi yeni layihələrin icrasına bazlayır

img

06-09-2011 [04:34]


?Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək? ictimai birliyinin sədri Ramil Zeynallıdan aldığımız məlumata görə, təşkilat bu aydan yeni layihələrin icrasına başlayır. Ictimai birlik sentyabr ayından "Həmvətənlərimizə dəstək" adlı aksiya həyata keçirəcək. Aksiyanin məqsədi cəbhə xətti yaxinliğinda yaşayan və mənfur düşmənlərimizə qarşi mətin dayanan həmvətənlərimizi ziyarət etmək və onlara mənəvi dəstək verməkdir. Aksiya çərçivəsində Füzuli, Ağdam, Goranboy, Tərtər, Qazax və Tovuz rayonlarinin erməni daşnaklari ilə həmsərhəd olan ərazilərinə səfərlər ediləcək. İlk belə səfər sentyabrın 25-də reallaşacaq. Layihə çərçivəsində həmvətənlərimizə gündəlik tələbat mallarının alınması da nəzərdə tutulub. Çox yaxınlarda "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyi Sumqayıtda jurnalistika kurslarına da start verəcək. Kurs ümumən 2 ayı əhatə edəcək. Həftədə 2 dəfə saat yarım olmaqla ümumən 16 dərs keçiriləcək. İlk öncə qəzet jurnalistikası, onun əsas tərəfləri və xüsusiyyətləri sizlərə tədris olunacaq. Sumqayıtda fəaliyyət göstərən, bu il 20 yaşı tamam olan "168 saat" qəzetinin redaksiyası əsas təlim mərkəzi olacaq, 1 gün bütövlükdə qəzetin hazırlanması - səhifələrin tərtibi, məqalələrin qoyuluşu, şəkillərin seçilməsi,qəzetin nəşri və çapı - prosesi yaxından izləniləcək. Həmçinin nəzəri biliklərdən sonra sözügedən qəzetdə təcrübi biliklər aşılanacaq, yaxşı məqalər çap olunacaq. İkinci mərhələdə radio jurnalistikası tədris olunacaq, bu sahənin sirləri mənimsədiləcək. Sumqayıtda son aylar çox populyar olan və xeyli dinləyici toplayan "RadioMor" online radiosunda təcrübi məşğələlər həyata keçiriləcək. Daha sonra televiziya jurnalistikası, online jurnalistika və vətəndaş jurnalistikasının da bir çox tərəfləri haqda dərslər keçiləcək. Dərslər müvafiq təcrübəli mütəxəssislər tərəfindən tədris olunacaq. Həmçinin tələbələrə master-klass keçmək üçün tanınmış mütəxəsislər də dəvət olunacaq. Fərqlənən tələbələrə mükafat və jurnalistikanın konkret sahəsinə uyğun müvafiq sertifikatlar veriləcək. Bununla yanaşı, "Məmur-vətəndaş münasibətləri" layihəsi çərçivəsində "Polislə necə əməkdaşlıq etməli" və "Millət vəkili və seçici əlaqələri" adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR