Bakıda Dünya Gənclər Bankı Şəbəkəsinin ofisi açıldı

img

02-09-2011 [06:04]


Sentyabrın 2-də BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyi lə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açılış mərasimi olub. Qeyd edək ki, 2002-ci ildə yaradılan bu təşkilat BMT- nin İqtisadi Komissiyası və Global Compact, Dünya Bankı tərəfindən təsis edilib. Təşkilatın əsas fəaliyyət istiqaməti BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsi, gənclər üçün yeni iş yerlərinin açılması və digər proqramları həyata keçirməkdir. Azərbaycanda fəaliyyət göstərəcək bankın regional ofisi Şəbəkənin sayca altıncı regional ofisi olacaq. Dünya Gənclər Bankı Şəbəkəsinin Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynlidir. V.Hüseynli deyib ki, Dünya Gənclər Bankı Şəbəkəsi gələn ildən Azərbaycanda gənc sahibkarlara kreditlərin verilməsinə başlayacaq. Onun sözlərinə görə, kreditlər ilkin olaraq 3 min ABŞ dolları məbləğində iki il müddətində veriləcək. ?Əsasən təqdim olunan layihələr iş yerlərinin açılması ilə bağlı olmalıdı. Çünki bizim qurum Beynəlxalq İşsizlik Sammiti ilə bağlı olduğuna görə, imkan daxilində tutarlı və davamlılığı olan layihələri dəstəkləyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR