YAP yazı müsabiqəsi elan etdi

img

02-09-2011 [05:47]


Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında ?Müasir Azərbaycan-20? adlı yazı müsabiqəsi keçirəcək. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər. Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqənin qalibləri aşağıdakı formada mükafatlandırılacaq. I yer - 1 nəfər 1500 manat II yer - 1 nəfər 1000 manat III yer - 1 nəfər 500 manat Həvəsləndrici mükafat - 3 nəfər 300 manat Qaliblərə həmçinin, Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcək. Müsabiqəyə təqdim olunan bütün yazılar ?Yeni Azərbaycan?, ?İki sahil? və ?Səs? qəzetlərində dərc olunacaq. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat adları çəkilən qəzetlərin 03 sentyabr tarixli sayında dərc olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR