Səbailli məktəblilərin Qubadakı yay istirahəti baza çatdı

img

17-08-2011 [06:49]


Böyüməkdə olan gənj nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail rayon İjra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon İjra Hakimiyyətinin birgə layihəsinə yekun vurulmuş və layihə əsasında təşkil olunan ?Şahinlər? hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır. Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirilmişdir. Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ji sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin ?SOS-Azərbayjan? uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Xüsusi Ümumtəhsil İnternat məktəbdə tərbiyə alan 230 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Quba Özəl Türk Liseyinin ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu ödənişçiz ?Şahinlər? yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bu düşərgə uşaqların xatirində silinməz izlər buraxmışdır. Səbail və Quba rayon İjra Hakimiyyətləri və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər jür şərait yaradılan düşərgədə şagirdləri gələjəkdə hərbi xidmətə layiqinjə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbayjan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Azərbayjan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı jənab İlham Əliyevə, olkədəki ordu qurujuluğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 6?jı dəfə təşkil olunan ?Şahinlər? düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir. Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o jümlədən Soyqırım məzarlığına gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar. Düşərgədə məktəblilərlə Vətənimizin, xalqımızın tarixindən bəhs edən məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, maraqlı filmlər nümayiş etdirilmiş, konsert və diskotekalar təşkil olunmuşdur. Düşərgənin bağlanışı ilə əlqadır təşkil olunmuş tədbirdə düşərgənin rəisi Faiq Qurbanovun məlumatından sonra tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon İjra Hakimiyyəti Başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərərgah rəisinin Birinji müavini, general-mayor Şahin Məmmədov, Quba rayon İjra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, ?Çağ? Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır. Populyar müğənni Aslan Hüseynov, bir sıra gənj estrada ulduzları və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR