?Miras?-ın yeni layihəsi turizmin təbliğinə xidmət edir

img

02-08-2011 [11:52]


Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ?Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği? adlı yeni layihənin icrasına başlayır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin qalibi olub. Layihənin məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, onların qorunmasını təmin etməkdən ibarətdir. Arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr veriləcək, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunacaq. Muhazirə və seminar iştirakçıları üçün nəzərdə tutulan ?Azərbaycanın inciləri? bukleti hazırlanacaq. Layihənin davamlı olması üçün yaradılacaq xüsusi internet səhifəsində (archaeotourism.az) tarixi abidələrimiz, adət-ənənələrimiz və incəsənətimiz nümayiş olunacaq və bununla da arxeoturizmin imkanlarını göstərməyə və təbliğ etməyə çalışacağıq. Layihə çərçivəsində həmçinin ?Azərbaycan abidələr diyarıdır? qısametrajlı filmi çəkiləcək. Film müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunacaq. Yeni layihəmizin elmi ictimaiyyət, arxeoloqlar, tarixçilər, həmçinin tələbələr, magistr və aspirantlar, sadə vətəndaşlar, xarici ölkə vətəndaşları üçün faydalı olacağını, Turizm ilində bu sahəyə marağın artmasına töhfə verəcəyini düşünürük. Avqustun 1-dən gerçəkləşdirilməyə başlayan ?Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği? layihəsi oktyabrın sonuna kimi davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR