Bələdiyyələrlə bağlı layihə baza çatıb

img

27-07-2011 [04:43]


ə Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Bələdiyyə büdcələrinin formalaşdırlması problemlərinin araşdırılması? mövzusunda həyata keçirdiyi layihə artıq başa çatıb. Qeyd edək ki, layihənin məqsədi Yardımlı, Cəlilabad və Neftçala rayonlarında yerli vergi və ödənişlərin hesablanması, yığılması, büdcəyə köçürülməsi və istifadəsi zamanı bələdiyyələrlə vergi ödəciyiləri arasında ortaya çıxan problemlərin araşdırılması və həllinə yardım göstərilməsi idi. Layihə çərşivəsində aprelin 25-də Yardımlı rayonunda ?Yerli vergilər və ödənişlər sahəsindəki mövcud qanunvericilikdə olan boşluqların və nöqsanların müzakirəsi?, mayın 27-də Cəlilabad rayonunda ?Yerli vergi ödəyiciləri ilə bələdiyyələr arasındakı qarşılıqlı münasibətlərin səviyyəsi: problemlər və etimad körpusunun yaradılması? və iyunun 12-də Neftçala rayonunda ?Yerli vergilərin və ödənişlərin yığılması prosesinə əhalinin cəlb edilməsi və istifadəsi prosesində aşkarlığın təmini? mövzularında ictimai müzakirələr keçirilib. Layihə çərçivəsində Yardımlı, Cəlilabad və Neftçala şəhər (rayon) bələdiyyələrində və həmin rayonların hər birində 5 kənd (qəsəbə) bələdiyyəsində hər birindən 5 nəfər olmaqla bələdiyyə üzvləri və qulluqçuları, eyni zamanda hər bələdiyyədən 15 yerli vergi ödyicisi (fiziki şəxs və ya hüquqi şəxsin nümayəndələri) olmaqla onların arasında sorğu keçirilmişdir. Layihənin məqsəd və vəzifələrinə uyğun olaraq vergi qanunvericiliyinin, bələdiyyə qanunvericiliyinin, eyni zamanda, yerl vergilər və ödənşlər sahəsində araşdırma nəticəsində aşkara çıxarılmış problemlər və onların həlli istiqamətinə dair suallar sorğu materiallarında öz əksini tapmışdır. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində yerli vergilərin və ödənişlərin hesablanması, yığılması və istifadəsi sahəsində mövcud vəziyyət sorğu vasitəsi öyrənilmiş, yerli vergilər və ödənişlər hesablanarkən, vergi ödəyicilərindən yığılarkən qanunvericilikdən irəli gələn və vergi ödəyiciləri tərəfindən yaradılan süni əngəllər müyyənləşmiş, ictimai müzakirələr təşkil etməklə, vergilərin və ödənişlərin hesablanması, yığılması və istifadəsi sahəsində movcud problemlərin azaldılmasına gətirib çıxarmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR