iqtisadi inkizaf Naziriliyi jurnalistlər üçün müsabiqə elan etdi

img

27-07-2011 [12:12]


İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı KİV nümayəndələri arasında "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə müsabiqədə iştirak etmək istəyənlər aşçğıdakı şərtlərə riayət etməlidirlər. - Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər; - Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır; - Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir; - Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır; - Məqalənin sonunda və ya video süjetdə "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözləri qeyd olunmalıdır. - Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə [email protected] ünvanına təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılan Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək. Müsabiqədə iştirak məqsədilə hazırlanan məqalələr və video süjetlər Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcək. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq: Birinci yer - 1 nəfər - 500 (beş yüz) manat İkinci yer - 2 nəfər - hər biri üçün 400 (dörd yüz) manat Üçüncü yer - 3 nəfər - hər biri üçün 300 (üç yüz) manat Həvəsləndirici mükafat - 4 nəfər - hər biri üçün 150 (yüz əlli) manat.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA