KiVDF-dən və Mətbuat Şurasından narazılar sosial zəbəkədə qrup yaratdılar

img

25-07-2011 [10:53]


Jurnalistlər KİVDF və Mətbuat Şurasına qarşıAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci ilin ikinci yarısı üçün maliyyə yardımı alacaq KİV-lərin siyahısını açıqlaması mediada narazılıq doğurdu. Hətta facebook sosial şəbəkəsində ?Vüqar Səfərli və Əflatun Amaşovun istefasını tələb edənlər? səhifəsi yaradılıb. İlk statusda bu səhifənin kimlər üçün yaradıldığı və məqsədi haqqında məlumat verilib: ?Əziz Jurnalistlər, bu qrup jurnalistlərin öz etirazlarını bildirməsi üçün yaradılıb və yalnız jurnalistlər bu qrupa qoşula bilər. Biz bütün jurnalistlər üçün bərabər imkanlar və bərabər hüquqlar tələb edirik. Vüqar Səfərli və Əflatun Amaşov mətbuatın inkişafına maneədir və buna görə onlar istefa verməlidirlər?. Digər bir statusda isə ?bəzi jurnalistlər ancaq üzdə söz azadlığından, demokratiyadan danışırlar. Görünür mükafat və ev almaq ümidi bir çox jurnalistlərin dilini-ağzını yumub. Hələlik bu qrupa tanınmış jurnalistlərdən Fəxri Hacıbəy,Aytən Fərhadova, Şəhla Əbusəttar, Aynur İmranova, Sərdar Əlibəyli və Zaur Əhməd qoşulub. Görünür KİVDF və Mətbuat Şurasının fəaliyyətindən elə bu insanlar narazıdır, qalan hamı razıdır?, - yazılıb. Digər paylaşılanlar isə müxtəlif saytlarda KİVDF-nin fəaliyyəti haqqında dərc olunan yazılardan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR