Jurnalistlər KiVDF-dən prezidentə zikayət edəcək

img

22-07-2011 [01:33]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuat Gününün 136-cı ildönümü ərəfəsində elan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsi növbəti dəfə narazılıqla qarşılandı. Narazılardan olan Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd bu dəfəki müsabiqənin KİV fondunun icraçı direktoru Vüqar Səfərlinin prinsipləri ilə qərəzli, ədalətsiz şəkildə keçirildiyini bildirdi. Onun sözlərinə görə, qəzetdən, qəzetçilikdən xəbəri olmayan, bir-iki cümlənin ard-arda danışa bilməyən, ömründə bir cümlə yazmayan bir adamın KİV Fondu kimi önəmli bir quruma rəhbərlik etməsinin özü absurddur: ?Elə bu səbəbdən də bütün həqiqi jurnalistlər Vüqar Səfərlinin keçirdiyi müsabiqənin nəticələrindən narazıdır. Bu adam jurnalistikanın nə olduğunu bilmir. Belə olan şəraitdə 10-15 ilin jurnalistlərinin yazılarına necə qiymət verə bilər? Vüqar Səfərlinin işi qəzet satmaq olub. Satış isə elə bir sahədir ki, qarpız satmaqla, qəzet satmaq bir anlama gəlib. Yəni Vüqar Səfərli hansısa bir qarpızsanatla eyni düşüncədədir. Hər şeyə alver prizmasından baxdığı üçün narazılıq yaranır. Görün, iş nə yerdədir ki, düz əməli cümlə qura bilməyən oğluna mükafat verdirir, amma jurnalistikada can qoyan, illərini bu peşəyə sərf edənlər kənarda qalır. Tədirə gedir, bir hədiyyəni özü alır, o birini də oğlu. Bu adam hər şeyi qohum əqrəbası və ətrafı üçün edir. Halbu ki, prezident onu həmin posta təyin edib ki, KİV-in problemlərinin həlli üçün ədalətli bir siyasət yürütsün. Ancaq o, prezidentin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edir. Əslində Vüqar Səfərlinin qohumlarından 10 dəfə qabiliyyətli adamlar var, hamısı da kənarda qalıb. Artıq bu, prezidentin mətbuatla bağlı siyasətinə, iradəsinə qarşı çıxmaqdır. Vüqar Səfərli pul ayrılan jurnalistlərə və qəzet baş redaktorlarına elə bir münasibət sərgiləyir ki, guya öz cibindən nəsə verir. Heç kim unutmasın ki, həmin pullar heç kimin dədəsindən qalmayıb. O pullar bizim, yəni xalqındır. Onu da haqqı olana vermək lazımdır. Düşünürəm ki, Vüqar Səfrli o vəzifənin öhdəsindən gələ bilmir. Ona görə də tutduğu vəzifədən dərhal istefa verməlidir?. Z.Əhməd deyir ki, hazırda Azərbaycanda mediyanın baş bilənləri, jurnalist təşkilatlarının rəhbərləri jurnalistikadan bixəbər adamlardır: ?Mətbuat Şurasının sədri Əflatun Amaşov nəinki yazmaq, heç düz əməlli danışa bilmir. Umud Rəhimoğlu da ondan geri qalmır. Müşfiq Ələsgərlinin isə varlığı ilə yoxluğu bilinmir. Görün, işi harasıdır ki, mətbuat günü ilə bağlı tədbiri KİV fondu ilə Mətbuat Şurası təşkil etdiyi halda Vüqar Səfərli Əflatun Amaşova dəvətnamə göndərir. Bu, həm Vüqar Səfərlinin özünü çox böyük görməsi, həm də Əflatun Amaşovun sözünün kəsərinin olmamasını göstərir. Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttmfaqının sədridir. Amma bir dəfə də olsun, onun jurnalistlərə dəstək olduğunu görmədim. 160 min dollalıq qrant layihəsi həyata keçirərək sıravi, əzilən, hüquqları pozulan jurnalistlərlə bağlı sadəcə boğazdan yuxarı söz demək ən azı ədalətsizlikdir. Əflatun Amaşov, Umud Rəhimoğlu, Müşfiq Ələsgərli və digər jurnalist təşkilatlarının rəhbərləri özlərini mətbuatda sübut edə bilmədikləri üçün gedib QHT yaradıblar. Bu adamlar jurnalistikanın birinci şərti olan yazı yazmağı bacarmırlar. Bu sırada Vüqar Səfərlinin adını çəkmirəm, çünki onun bu adamlar qədər belə jurnalistikaya aidiyyatı yoxldur. Ancaq qrant layhələrini xird eləməyi çox yaxşı bacarırlar. Qısa müddt ərzində adını çəkdiklərim adamlar maşın, ev, bağ sahibi oldular. Görəsən, hansı pullar hesabına? Mən kiminsə pulunu saymaq fikrində deyiləm, amma haqqı olana haqqını vermək lazımdır?. Z.Əhməd onu da vurğulayıb ki, KİV fondunun fəaliyyətindən narazı olan jurnalistlər bir araya gələrək prezidentə müraciət etmək fikrindədirlər: ?Biz, Azərbaycanın müstəqil və həqiqi jurnalistləri KİV fondunun bu cür ədalətsizliklərinə qarşı etirazımızı bildiririk. Artıq onlarla həmkarımla söhbət etmişəm. Bu günlərdə bir araya gəlib prezidentə müraciət hazırlayacağıq. Hətta bu missiyanı aparacaq təşkilat yaratmaq məsələsi də gündəmdədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR