Əflatun Amazov ?Ali Media Mükafatı? verir

img

19-07-2011 [04:07]


İyulun 22-si Bakının ?Min bir gecə? sarayında Mətbuat Şurası Ali Media Mükafatını təqdim edəcək, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu isə milli mətbuatın yaranmasının 136-cı ili münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandıracaq. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə ?Media forum?a deyib ki, Ali Media Mükafatının laueratları tədbirdə açıqlanacaq: ?Bütün təşkilati məsələlər həll olunub. Tez bir zamanda dəvətnamələr də paylanmalıdır?. Hər il Azərbaycan Jurnalistikası Günü ərəfəsində təqdim edilən Ali Media Mükafatını ötən ilin iyununda Mətbuat Şurası təsis edib. Üç dərəcə üzrə təqdim olunan mükafat birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureata verilə bilər. Laureatlar şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR