Məcburi köçkün rayonların qəzetlərinə 500 manat mükafat verildi

img

15-07-2011 [06:05]


Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tap?ta Körpü qəsəbəsində ?Qaçqın və məcburi köçkünlərin problemlərinin mediada işıqlandırılması? mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi şə?sləri, və qaçqın və məcburi köçkün rayonlarında çı?an qəzetlərin redaktorları iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin şərəfinə ucaldılan abidəni ziyarət ediblər. Dəyirmi masada çı?ış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qaçqın və məcburi köçkünlərinin problemlərin mətbuatda geniş işıqlandırdıqlarına görə media nümayəndələrinə təşəkkürünü bildirib və belə bir tədbirin məhz Ta?ta Körpü qəsəbəsində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Belə bir tədbirin Milli Mətbuatın 136-cı ildönümü ərəfəsində təşkil edilməsinin əhəmiyyətindən danışan MŞ sədri Əflatun Amaşov milli mətbuatın vətənpərvərlik ənənələrinə sadiq qaldığını ?üsusi qeyd edib. MŞ sədri Azərbaycan mətbuatının qaçqın və məcburi köçkünlərin problemlərinə yanaşma üslubunun ?arakteristikasını verib: ?Bu sahədə ço?saylı işlər görülsə də prolemlər tamamilə aradan qaldırılmayıb. Məhz mövcud problemləri köklü şəkildə həll etmək üçün media peşəkarlığının artırılmasına ehtiyac var?. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov isə çı?ışında media ilə qarşılıqlı əlaqələrin faydasından danışıb. Xatırladaq ki, sözügedən tədbir ?Laçın? qəzetinin 80 illik yubileyinə təsadüf edib. Bu münasibətlə sözügedən qəzetə Mətbuat Şurası və ?Dövlətqaçqınkom?un birgə təsis etdiyi diplom və kompüter verilib. Eyni zamanda, qaçqın və məcburi köçkün rayonlarında çı?an qəzetlərin hər biri 500 manat pul mükafatı və diplomla təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR