Mətbuat Şurasında ?iki sahil?in 20 illik yubileyi münasibətilə tədbir keçirilib

img

12-07-2011 [05:49]


Azərbaycan Mətbuat Şurasında ?İki sahil? qəzetinin nəşrə başlamasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib. MŞ sədri Əflatun Amaşov deyib ki, vahid Azərbaycan uğrunda fəaliyyət göstərən ?İki sahil? qəzeti milli dəyərləri qoruyub saxlayan, dövlətçilik ənənələrinə sadiq olan mətbuat vasitəsi kimi cəmiyyətdə özünə yer tutub: ?Bu qəzetin ölkənin ictimai-siyasi həyatında özünəməxsus rolu var?. Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ?İki sahil? qəzetinin hansı çətinliklərlə nəşr olunduğu haqda danışıb. O bildirib ki, qəzet 20 il ərzində Azərbaycan gerçəkliyini qərəzsiz olaraq cəmiyyətə çatdırıb. ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, ?İki sahil? qəzeti nəşr olunduğu 20 il ərzində əqidəsinə sadiq qalıb. Jurnalist Yadigar Məmmədli, ?Olaylar? qəzetinin baş redaktoru Yunus Oğuz, Milli Məclisin deputatı Musa Qasımlı, ?Xalq cəbhəsi? qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev, Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu da qəzetin keçdiyi yol, fəaliyyəti və uğurlarından bəhs ediblər. Qeyd edək ki, 1965-ci ildə mətbuat orqanı kimi əsası qoyulan ?Zavod həyatı? qəzeti 1991-ci il iyul ayının 10-dan ?İki sahil? adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR