Azərbaycanın əhalisinin sayı 9,165 mln. nəfərdir

img

12-07-2011 [02:27]


Azərbaycan əhalisinin sayı 2011-ci ilin əvvəlindən iyul ayının 1-nə kimi 54 min nəfər artaraq 9 165 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir. Əhalinin 22,3%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Cari ilin I yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artıb. Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir. Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınıb və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb. Bu ilin 6 ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA