?Qadınlar Gələcək Uğrunda? ictimai Birliyi qadınlar ilə görüzlər keçirib

img

29-06-2011 [01:26]


?Qadınlar Gələcək Uğrunda ?İctimai Birliyi 14.05.2011-ci il tarixində Gəncə şəhərində,26 -.05.2011-ci il tarixində Zaqatala şəhərində, iyun ayının 22-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi ?Məişət zorakılıgı: problemlərin araşdırılması və zərərin azaldılması? layihə çərçivəsində problemi araşdırmaq məqsədi ilə dəyirmi masalar keçirib. Qeyd edək ki, tədbirdə müxtəlif təşkilatlardan ,müxtəlif peşə sahibləri olan 60 dan çox qadın iştirak etmişdir. Layihənin rəhbəri ?Qadınlar Gələcək Uğrunda ?İctimai Birliyinin sədri Abuhəyat Abdullayeva layihənin məqsədi barədə dəyirmi masa iştirakçılarına məlumat verib. 60-dan çox ölkədə qəbul edilən bu qanun 22- iyun 2011-ci ildə Azərbaycanda qəbul olunub. Məişət Zorakılığının qarşısının alınması haqqında qanunun qəbul olunması gender bərabərliyi və uşaqlar da daxil olmaqla ən çox qayğıya ehtiyacı olan vətəndaşların müdafiyəsi, habelə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın irəli atdığı çox önəmli addımdır. Biz də?Qadınlar Gələcək Uğrunda ? İctimai Birliyi olaraq məişət zorakılığının aradan qaldırılması sahəsində dövlətin apardığı siyasəti dəstəkləyir və qadınların maariflənməsi sahəsində fəaliyyətlərə qoşuluruq. O bildirib ki, layihənin məqsədi qadınlara qarşı məişət zorakılığının cəmiyyətin hər bir üzvü tərəfindən real surətdə dərkinə və bu istiqamətdə maarifləndirə işlərinin aparılmasına yardımçı olmaqdır. Biz təsdiq edirik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə siyasi gündəliyimizin ümdə məsələlərindən olmalıdır. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etməliyik. Yuxarıda qeyd edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, beynəlxalq və milli tərəfdaşlarla birlikdə hərtərəfli fəaliyyət planı qəbul edilməlidir. Həmin planda müxtəlif tədbirlər, o cümlədən geniş maarifləndirmə işinin aparılması, təlimlər təşkil edilməsi, həqiqi gender bərabərliyinin təmin olunmasına yönəlmiş addımlar atılması, əldə edilmiş tərəqqinin monitorinqi və qiymətləndirilməsi öz əksini tapmalıdır. Bu işlərin görülməsinə qeyri-hökumət təşkilatları da mühüm töhfə verə bilərlər. Dəyirmi masada müxtəlif təşkilat və müəssisələri təmsil edən xanımlar iştirak edib, Layihənin eksperti?, Zəngin Azərbaycan Uğrunda ?İB-nin sədri İradə Əliyeva ?Məişət zorakılığının qarşısının alınması haqqında qanunun reallaşmasına doğru ? mövzusunda çıxış edib. İradə Əliyevanın məruzəsində bildirib ki,"Bu problemin hazırkı vəziyyəti də onu göstərir ki, problem yalnız inzibati və hüquqi yola aradan qaldırıla bilməz. Burada təbliğat, maarifləndirmə işləri genişləndirilməlidir. Ailədə olan hər iki tərəfin təfəkkürünün dəyişməsi, ailə münasibətlərinə yönəlik tədbirlər olmalıdır ki, burada da bütün cəmiyyət dövlətlə birlikdə iştirak etməlidir". Tədbirdə iştirak edən fəal xanımlar qadınların aktual problemlərindən danışıblar. Müzakirələrdə ? Universitet Təhsilli Qadınlar Cəmiyyəti?nin sədri Tamam Cəfərova çıxış etdi Onun sözlərinə görə, hüquqi bazanın mövcudluğu ailədə zorakılıq probleminin həllinə müsbət təsir göstərəcək, çünki bu günə kimi zorakılıqla üzləşən qadınların faktiki müdafiə mexanizmləri mövcud deyildi. ?Qadınlara qarşı fiziki zorakılıq halları ilə balı heç də həmişə cinayət işi başlanmırdı, cinayət işi yalnız qadın ciddi xəsarət aldığı zaman başlanıdı.Bildiyimiz kimi Məişət zorakılığına əsasən işləməyən, gənc yaşlarında ərə gedən və maddi durumu aşağı vəziyyətdə olan qadınlar məruz qalır. Buna görə də məişət zorakılığının qarşısının alınmasında qadına təhsil almaq imkanının yaradılması, həmçinin məişət zorakılığı qurbanlarının reabilitasiya mərkəzlərinin yaradılması mühüm faktorlardan sayılır?. Təgcə qadınların iştirak etdiyi və əksəriyyətin gənclər qızlar təşkil edən tədbirlərdə bir sıra aktual məsəllər müzakirə olunub.Gənc xanımların fikrinə görə onlar əsasən valideyinləri tərəfindən zorakılığa məruz qalırlar və onlar evdə öz hüquqlarını müdafiyə edə bilmirlər və onlar bir sıra təkliflərlə çıxış ediblər.Onların fikrinə görə regionlarda yaşlı insanlar arasında maarifləndirmə işləri aparmaq çox vacibdir Gəncə şəhərində.Gənc Liderlər TT İB meneceri Qocayeva Svetlana xanımın təklif etdi ki, gələn tədbirlərdə kişiləri də dəvət etsək daha məqsədəuyğun olardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR