Qaçqın jurnalistlərdən Beynəlxalq Təzkilatlara, Beynəlxalq Jurnalist Birliklərinə müraciət

img

20-06-2011 [01:55]


Bu gün-20 iyun bütün dünyada qaçqınlara mənəvi dəstək günü kimi qeyd edilir. 2000-ci il dekabrın 4-də BMT Baş Asambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə belə müəyyən edilib. Bu gün qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir. Biz nə dünyada bir qaçqının olmasını istəyirik, nə də belə bir günün qeyd edilməsini. Ancaq nə edəsən ki, insanlığa qarşı olan qüvvələr evində oturub oz işi ilə məğul olan qocaları, qadınları öldürür, oyuncağı ilə oynayan körpələri qətlə yetirir, ya da onları öz dədə-baba torpağından məhrum edirlər. Belə bir şey XXI əsr insanına necə yaraşır? Azərbaycanlılar da 20 ildən artıqdır ki, belə problemlər yaşayırlar. Səbə isə Ermənistanın təcavüzkarlığıdır. Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub. Bir milyondan artıq azərbaycanlı qaçqın həyatı yaşayır. Bu 20 ildə yeni dünyaya gələnləri də nəzərə alsaq qaçqınların sayı 1 milyon 300 minə yaxındır. Otuz minə yaxın insanımız öldürülüb. Minlərlə azərbaycanlı itkin düşüb. Biz qaçqın jurnalistlərik və bu problemi ailəmizlə birgə yaşayırıq. Sizə müraciətimizin səbəbi isə odur ki, ata-babalarımıza məxsus olan yerlər, onların dəfn olunduğu məzarlıq barədə dəqiq məlumat əldə etmək istəyirik. Çünki Ermənistanın işğalçılığı öz evimizə getməyə imkan vermir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrinə biz jurnalist olaraq səfər etmək istəyirik. Biz valideyinlərimizin evinə getmək, evlərinin vəziyyəti barədə onlara məlumat gətirmək istəyirik. Bu işdə səlahiyyət və imkanlarınız daxilində bizə yardımçı olmağınızı xahiş edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR