Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olundu

img

17-06-2011 [06:21]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq fərdi jurnalist yazılarının müsabiqəsini elan edib. Yazılar aşağıdakı istiqamətlərdə olmalıdır: 1. Fikir, söz və məlumat azadlığının,plüralizmin inkişaf etdirilməsi. Azərbaycan jurnalistikası son 20 ildə: nailiyyətlər və perspektivlər 2. İctimai və dövlət maraqlarının müdafiəsi. Azərbaycan Respublikasında milli maraqların müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir 3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. Xalqların öz müqəddəratını təyin etmə hüququərazi bütövlüyü prinsipi çərçivəsində (Beynəlxalq hüququn norma və prinsipləri) 4. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği. Müasir dövrdə yas və toy mərasimlərimiz: biz hara gedirik? 5. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi İKT: qısa dövrün böyük nailiyyətləri 6. Gənc nəslin milli mənlik şüurunun inkişafetdirilməsi və vətənpərvərlik hisslərinintərbiyəsi Gənc nəsil müasir və güclü Azərbaycan uğrunda 7. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi Azərbaycan regionları dünən və bu gün 8. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi Hamımızın bir doğma evi var: Azərbaycan 9. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi Azərbaycan - dinlərin qovuşduğu tolerant məkan 10. Elm və təhsilin inkişaf etdirilməsi Elmin, təhsilin və iqtisadiyyatın birliyi inkişafın mühüm şərtidir *** Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Nəticələr 22 iyul 2011-ci il tarixədək elan ediləcək. Yazılar və sənədlər 18 iyun ? 16 iyul 2011-ci il tarixədək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR