Əcnəbi jurnalistlər Bakıda döyüldü

img

16-06-2011 [03:36]


İyunun 15-da axşam saatlarında amerikalı jurnalist Amanda Ericksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. ?Turan? İnformasiya Agentliyi məlumatlı mənbələrə istinadla yazır ki, idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb: ?Hadisədən əvvəl qızlar bu oğlanların onları izlədiyini bildirmişdilər. Nəticədə qızlar ciddi zədələr alıblar?. ABŞ səfirliyinin yaydığı məlumata görə, səfirlik cinayətdən xəbərdardır və səfirlik işçiləri hücuma məruz qalanlara yardım edirlər: ?Zərərçəkənlər polisə məlumat veriblər; təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir?- səfirlik belə deyir. Amanda Ericksonun özü isə AzadlıqRadiosuna deyib: ?Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb?. Hər iki xanım iyunun 16-da hadisə ilə bağlı polisdə olublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyir ki, araşdırma aparmadan nəsə demək düz deyil: ?Bizim üçün fərqi yoxdur, xarici ölkə vətəndaşıdır, ya Azərbaycan vətəndaşıdır. İstənilən şəxs cinayət xarakterli əməllə üzləşibsə, polisə müraciət etsin. Müraciət ediblərsə, bununla bağlı zəruri tədbirlər görüləcək ki, üstü açılsın. Araşdırma zamanı məlum olacaq ki, motiv nədir. Bəri başdan nəsə demək tələsik olardı?. Amanda Erickson və Silya Devis yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər. Erickson həmçinin ?Washington Post? və ?New-York Times? qəzetləri ilə əməkdaşlıq edir. Apreldə İsveçdən olan üç jurnalist Bakıda saxlanılmış, bir gün sonra isə deportasiya olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR