Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya izə qəbul elan edir

img

14-06-2011 [11:47]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) iyunun 13-də 16 dövlət orqanında inzibati vəzifələrin VI-IX təsnifatlarına uyğun olan 171 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, ümumi müsahibə və müsahibə elan edib. DQMK-dan bildirilib ki, vakant dövlət qulluğu vəzifələrinin 136-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 26-sı isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan 8 vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır. Yerli icra hakimiyyəti orqanları üzrə isə bir vakant vəzifə müsahibəyə çıxarılıb. ?Dövlət qulluğu haqqında? Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən ? test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq. Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Builki müsabiqədə də bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, test imtahanında namizədlərin Azərbaycan haqqında ümumi bilikləri ilə yanaşı, Azərbaycan dili üzrə bilikləri də yoxlanılacaq. İnzibati vəzifələrin 8-ci və 9-cu təsnifatları üzrə keçid balı 70 bal qalsa da, 6-cı və 7-ci təsnifatları üzrə keçid balı 80 baldan 75 bala endirilib. Bundan başqa, əvvəlki müsabiqələr zamanı vətəndaşlar namizəd kimi qeydə alınmaları üçün Komissiyaya müraciət edərkən qanunvericilikdə nəzərdə tutulan sənədləri də təqdim etməli idilər. Bu müsabiqədən başlayaraq sənədləri yalnız test imtahanından uğurla keçən namizədlər təqdim edəcəklər. Belə ki, Prezident İlham Əliyevin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş ?Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları?nın 5-ci bəndinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. ?Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları?nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar. ?Dövlət qulluğu haqqında? Qanunun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Ümumi müsahibədə və müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə öz sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Müsabiqə, ümumi müsahibə və müsahibəyə dair ətraflı məlumat ?Respublika? qəzetinin 2011-ci il 14 iyun tarixli sayında və 2011-ci il iyunun 14-dən etibarən Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb