Bakıdan 7 regiona təhlükəsiz yol

img

23-05-2011 [04:06]


Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının dəstəyi ilə həyata keçirdiyi ?Bakıdan regionlara təhlükəsiz yol? layihəsi çərçivəsində 19 may 2011-ci il tarixdə başlayaraq ölkənin 7 regionuna avtobus turu təşkil edilib. Əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltmək olan avtobus turu Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Gəncə, Yevlax və Ağdaşda keçirilmişdir. Dövlət Yol Polisinin müşayəti ilə baş tutan avtobus turunda Gənclər üçün Təhsil Mərkəzinin fəalları və mətbuat nümayəndələri iştirak etmişdir. Hər bir regionda təşkil edilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, yerli gənclər və idman idarələrinin rəhbərləri, təhsil müəssisələrinin rəhbərliyi, yaradıcılıq mərkəzlərinin nümayəndələri, məktəblilər və gənclər iştirak etmiş, yol təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən belə avtobus turunu yüksək qiymətləndirmişdilər. Tədbirlərdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri bu layihənin davamlı olaraq digər regionlarda keçiriləcəyini qeyd etmiş və gəncləri bu maarifçilik işini öz əhatələrindəki insanlar arasında təşkil etməyə çağırmışdır. Onlar qeyd etmişdir ki, bu layihənin həyata keçirilməsində əsas zərurət ötən illərdə ölkənin aparıcı magistral yollarında baş verən avtomobil qəzaları və onun acı nəticələridir. Çünki bu qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda insan dünyasını dəyişir, eyni zamanda xeyli insan şikəst olur. ?Sürət məsafəni deyil, ömrü qısaldır? devizi altında reallaşan avtobus turu çərçivəsində hər bir regionda məktəblilərin yol təhlükəsizliyinə həsr olunmuş rəsm sərgiləri də təşkil olunmuşdur. Hər bir region üzrə 3 qalib müəyyən edilmiş və onlar mükafatlandırılmışdır. Sonda tədbir iştirakçılarına və məktəblərə layihənin maarifləndirici nəşrləri paylanmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR