Yardımlıda bələdiyyələrlə bağlı tədbir keçirilib

img

29-04-2011 [02:49]


ə Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Bələdiyyə büdcələrinin formalaşdırlması problemlərinin araşdırılması? mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi Yardımlı, Cəlilabad və Neftçala rayonlarında yerli vergi və ödənişlərin hesablanması, yığılması, büdcəyə köçürülməsi və istifadəsi zamanı bələdiyyələrlə vergi ödəciyiləri arasında ortaya çıxan problemlərin araşdırılması və həllinə yardım göstərilməsidir. Layihə çərşivəsində aprelin 25-də Yardımlı rayonunda ?Yerli vergilər və ödənişlər sahəsindəki mövcud qanunvericilikdə olan boşluqların və nöqsanların müzakirəsi? mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov çıxış edərək bildirib ki, qüvvədə olan qanunvericilik yerli özünüidarəetmə qurumlarının maliyyə mənbələrini vergi və qeyri-vergi ödənişləri kimi təsnifləşdirilir. Onun sözlərinə görə, qanunla bələdiyyələrə 4 növ vergi (fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi) və 7 növ qeyri-vergi ödənişi daxildir: ?İlk baxışdan bələdiyyələrə həvalə olunmuş mədaxil mənbələri kifayət qədər çoxsaylı görünür. Lakin araşdırmalar göstərir ki, bu gəlir mənbələrinin əksəriyyətindən çox az sayda bələdiyyələr bəhrələnə, öz büdcələrinin formalaşdırılmasında istifadə edə bilirlər?. X.Əhmədov bildirib ki, bələdiyyələr real olaraq qanunla onlara həvalə edilmiş vergilərin və ödənişlərin ən yaxşı halda 1/3?ni toplaya bilirlər. Bəzi bələdiyyələr isə ancaq torpaq vergisindən başqa, digər vergiləri və ödənişləri nəinki yığmaqda, hətta hesablamaqda və onun qanunvericilikdə nəzərdə tutulmuş şəkildə büdcəyə transfer edilməsində və istifadəsində böyük çətinliklə rastlaşırlar: ?Rəsmi statistik məlumata görə, bələdiyyələr fiziki şəxslərdən torpaq vergisinin 27 %-ni toplaya bildiyi halda, fiziki şəxslərdən əmlak vergisini cəmi 3,2 % həddində toplaya bilmişlər. Əhalinin mülkiyyətində kifayət qədər əmlak olsa da, bu vergi növünün yıgımınd? bələdiyyələr böyük çətinli?lərlə üzləşməli ?lurl?r. Bu problemlə əsasən büdcəsi az olan kiçik kənd və qəsəbə bələdiyyələri daha tez-tez rastlaşır. Nəticədə həmin tip bələdiyyələrin fəaliyyət imkanları olduqca aşağı səviyyədə olur?. Layihə rəhbərinin sözlərinə görə, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinə gəldikdə isə, respublika üzrə cəmi bir neçə bələdiyyə istisna olmaqla, öz müəssisəni yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşgul olan bələdiyyələr olmadığından, həmin vergi növünün maliyyə mənbələri içərisində payı demək olar ki, yoxdur. Yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisinə gəldikdə isə, Vergi Məcəlləsinə əsasən bələdiyyələr öz ərazilərində hasil olunan 3 növdən olan tikinti materiallarıni çınqıl xammalını, kərpic-kirəmit gillərini və tikinti qumlarını mədən vergisinə cəlb edə bilər. Lakin bu verginin hasilat dövriyyəsinə tətbiqi bələdiyyələr tərəfindən verginin hesablanmasını çətinləşdirir. ?Çünki vergi qanunvericiliyinə əsasən, bələdiyyələr bu vergilərin düzgün hesablanıb-hesablanmamasını araşdırmaq üçün adıçəkilən obyektlərdə müstəqil vergi yoxlamalrı aparmaq hüququna malik deyillər. Qeyri-vergi ödənişlərinin yığılması sahəsində də vəziyyət olduqca acınacaqlıdır?-deyə X.Əhmədov qeyd edib. Şiləvəngə bələdiyyəsinin üzvü Ağasəf Ağayev isə öz çıxışında bildirib ki, yerli vergi və ödənişlərin yığılması sahəsindəki problemlər həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Onun fikrincə, obyektiv səbəblərin bir çoxu vergi qanunvericiliyindən qaynaqlanır: ?Yerli vergi və ödənişlərlə bağlı bələdiyyələrlə vergi ödəyiciləri və dövlət vergi xidməti orqanları arasındakı münasibətləri tənzimləyən normaların təkmilləşdirilməsinə, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmasına böyük zərurət vardır. Subyektiv səbəblərə gəlincə, əsasən bələdiyyələrin vergi xidməti orqanlarının öz işlərini lazımı səviyyədə qura bilməməsi, vergi ödəyicilərinin bələdiyyələrə inamsızlığı, bələdiyyələrin əhali ilə əməkdaşlığının lazımı səviyyədə olmaması və s. işlərin zəif təşkil edilməsindədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR