APA-dan bir neçə nəfər qalmaqallı zəkildə izdən çıxıb

img

05-04-2011 [04:40]


Bu gün Azərbaycanın xəbər bazarında kifayət qədər böyük çəkiyə malik olan "APA" agentliyindən qalmaqallı şəkildə kütləvi işçi axını olub. Agentliyə yaxın mənbənin verdiyi məlumata görə, "APA"-nın texniki direktoru Seymur İsmayılov, beynəlxalq şöbənin jurnalisti Laçın Sultanova və fars dili şöbəsinin mütəxəssisi Süleyman Fərzəliyev işdən çıxıblar. İşçilərin agentliyi tərk etmələrinə əsas səbəb isə onların maaşla bağlı narazılıqları olub. Onu da qeyd edək ki, işdən çıxan əməkdaşlardan biri, Seymur İsmayılov "APA" yaranandan bu günə kimi burada işləyib. Mənbənin bildirdiyin görə, o, agentlikdə işlədiyi müddətdə sağlamlığını itirib. Belə ki, cərrahiyə əməliyyatı keçirən İsmayılovun bir böyrəyi götürülüb. Xatırladaq ki, agentlikdən ötən il də qalmqallı şəkildə bir neçə aparıcı jurnalist işdən çıxıb(İNRADİO.AZ).

Digər xəbərlər
SON XƏBƏRLƏR