Yeni xəbər portalı yaradılıb

img

07-04-2011 [03:11]


Aprelin 8-də saat 15-00-da yeni yaradılan xəbər portalı - ANN.Az-ın təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi portalın mətbuat zalında - Sabit Rəhman küçəsi 7 (TQDK-nın yanında) ünvanında baş tutacaq. Tədbirə ziyalılar və media nümayəndələri dəvətlidir. Tədbir ictimaiyyəti portalın missiyası və imkanları ilə yaxından tanış etmək məqsədi daşıyır. ANN.Az xəbər portalı hal-hazırda iki dildə - azərbaycan və rus dillərində fəaliyyət göstərir. Gün ərzində iki dildə ümumilikdə 200-dən artıq xəbər yayımlayır. Portalda yerli və dünya xəbərləri ilə yanaşı tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Bundan əlavə, portalda elektron kitabxana, afişa, onlayn sərgi kimi Azərbaycan internet mediası üçün ənənəvi olmayan rubrikalar da var

Digər xəbərlər
SON XƏBƏRLƏR