Gənclər üçün təlim keçirildi

img

08-04-2011 [01:18]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi regionlardakı gənclərin informasiya texnalogiyaları ilə daha yaxından tanış olması məqsədi ilə maarifləndirmə proqramını həyata keçirməyə başlayıb. Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi ?Qaçqın və məcburi köçkün gənclər və yeniyetmələr arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği? layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində gənclər və yeniyetmələr üçün seminar təşkil olunub. Seminarda təşkilatın koordinatoru Mirmehdi İbişov, sədri Elnur Məmmədli və təlimçi Mirdaməd Quliyev mövzu ətrafında məruzələrlə çıxış ediblər. M. İbişov bildirib ki, bu gün dünyanı kompüter və internetsiz təsəvvür etmək mümkün deyil. O, Azərbaycanda da internetin sürətlə yayıldığını, regionların da bu sistemə qoşulduğunu, gənclərin internet dünyasına marağının böyük olduğunu deyib: ?Lakin bir sıra hallarda gənclər və xüsusilə də yeniyetmələr internetdən porno saytlara, tanışlıq saytlarına baxmaq üçün daxil olurlar. Biz istəyirik Ki, gənclər və yeniyetmələr internetə marifləndirici, intellektual səviyyəni artıran bir vasitə kimi yanaşsınlar. Bu gün minlərlə elmi, ədəbi ienternet saytları mövcuddur. Gənclərin həmin saytlardan istifadə etməsini, measir elmlərə sahiblənməsini istəyirik?. E. Məmmədli isə deyib ki, təşkilatın əsas məqsədlərindən biri gənclərin informasiya texnologiyalarından və xüsusilə də internetdən dha səmərəli istifadə etməsinə yardımçı olmaqdır. O, layihə çərçivəsində gənclərə bir sıra kompüter proqramlarının öyrədiləcəyini qeyd edib. Qeyd edək ki, layihə çərçivəsində Füzuli rayonunda da seminarların keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR