?AXA MBASK? sığorta zirkəti ?UğUR? Milli Mükafatına layiq görülüb

img

30-03-2011 [01:31]


?AXA MBASK? sığorta şirkəti iqtisadiyyat və biznes sahəsində ?Beynəlxalq sığorta təcrübəsinin Azərbaycan bazarında tətbiqinə verdiyi töhfəyə görə? ?UĞUR? Milli Mükafatına layiq görülüb. Şirkətin baş ofisindən verilən məlumata görə, buna ötən ilin oktyabr ayında baş vermiş, Azərbaycan sığorta bazarı üçün əlamətdar olan bir hadisə - ?MBASK? sığorta şirkətinin özünün əsas səhmdarını dəyişməsi səbəb olub. Qeyd edək ki, şirkətin səhmlərinin 51%-i ?AXA Group?un (Fransa) törəmə şirkəti olan ?AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros? (İspaniya) şirkəti vasitəsilə satın alınıb. Xatırladaq ki, ?MBASK? sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında ?AXA Group?un törəmə müəssisəsi olan ?AXA Seguros Generales? (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:28 14.06.2025

Bu gün “Son zəng”dir