Media Hüquqları institutu Milli Məclislə məhkəmədə çəkizir

img

19-03-2011 [05:02]


Media Hüquqları İnstitutu Oqtay Əsədovun sədrlik etdiyi Milli Məclislə məhkəmə çəkişməsini Bakı Apellyasiya Məhkəməsinə daşıyıb.Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumata görə, mediyanı təmsil edən ictimai qurumla parlament arasındakı məhkəmə mübahisəsinə səbəb verilən informasiya sorğusuna cavab verilməməsidir: ?Medi Media Hüquqları İnstitutu İctimai Birliyi Milli Məclisə təşkilata vacib olan informasiyalarla bağlı sorğu versə də, parlament rəhbərliyi buna cavab verməyib. Birlik rəhbərliyi də Səbail Rayon Məhkəməsində iddia qaldırıb, sorğusunu məhkəmə məcburiyyəti ilə cavablandırılmasını xahiş etsə də, iddiası təmin edilməyib. Onun üçün də apellyasiya şikayəti verib və hal-hazırda apellyasiya şikayəti hakim İlqar Xələfovun sədrliyi ilə araşdırılır. Məhkəmə iş üzrə ilkin iclası martın 30-a təyin edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR