Budapeztdə Erasmus Tələbə Şəbəkəsinin illik toplantısı keçirilib

img

11-04-2011 [04:10]


5; Beynəlxalq Tələbə klubu ? Erasmus Tələbə Şəbəkəsinin Bakı Nümayəndəliyinin uğurları davam etməkdədir. 27 Mart ? 06 Aprel tarixində 2011 il üçün Avropanın paytaxtı hesab edilən Macarıstanın Budapeşt şəhərində Erasmus Tələbə Şəbəkəsinin Ümumi illik yığıncağı keçirilmişdir. Bu tədbirdə müxtəlif dövlətlərdən 500-ə yaxın tələbə iştirak etmişdir. Azərbaycanı bu tədbirdə Erasmus Tələbə şəbəkəsinin Azərbaycan üzrə hazırkı milli təmsilçisi olan Nurlan Əhmədov təmsil etmişdir. Yığıncağın rəsmi açılış mərasimi öz işinə Macarıstan Parlamentində Respublika Prezidentinin ölkə nümayəndələri ilə görüşü ilə başlamışdır. Görüşdən sonra 500 tələbənin iştirakı ilə Budapeşt şəhərində parad keçirilmişdir. 3 Aprel tarixində təşkil olunmuş təhsil sərgisində müxtəlif universitetlər barəsində yerli və beynəlxalq tələbələrə məlumatlar verilmişdir. Tədbirdə həmçinin Avropa mətbəxi günü keçirilmişdir ki, burada Azərbaycanın mətbəxi, mədəniyyəti və tarixi barəsində iştirakçılara ətraflı məlumat çatdırılmışdır. Nurlan Əhmədovun sözlərinə görə bu cür tədbirlərin gələcəkdə Azərbaycanda keçirilməsi və Azərbaycanlı tələbələrin Avropaya inteqrasiyası ilə bağlı bir sıra məsələlər digər dövlət nümayəndələri və Erasmus Tələbə Şəbəkəsinin rəhbərliyi ilə tədbir müddətində ətraflı şəkildə müzakirə edilmişdir. Xatırladaq ki, Erasmus Tələbə Şəbəkəsi tələbə mübadiləsinə dəstək olmaq və inkişaf etdirmək məqsədi ilə 1990-cı ildə Danimarkada yaradılıb. 2007-ci ildən Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi Bakı Beynəlxalq Tələbə klubunun təmsilçiliyi ilə fəaliyyətə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR