iranın Azərbaycandakı səfirliyi qarzısında etiraz aksiyası keçiriləcək

img

01-02-2011 [01:25]


Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Qurumdan MİA-ya daxil olan xəbərə görə, fevralın 2-də keçiriləcək aksiyada məqsəd son günlərdə İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, bu ölkənin ?Səhər 2? telekanalının dövlətçiliyimizin əleyhinə təbliğat aparması, DAK rəbhərliyinin ünvanına təhqirlər yağdırması və fars şovinist rejiminin bütövlüyümüzü işğala məruz qoymuş təcavüzkar Ermənistanla bütün sahələrdə əlaqələrini daha da inkişaf etdirməsinə etiraz etmək, eyni zamanda Güney Azərbaycanda öz milli-mədəni haqları uğrunda apardıqları dinc mübarizəyə görə həbs olunmuş demokratik fəalların azadlığa buraxılmasını tələb etməkdir. Bildirilib ki, piketin keçiriləcəyi barədə yanvarın 31-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi şəkildə müraciət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA